"Neçə dəfə AVTOSFER.AZ saytında Nikonun qayda pozuntularını yaydıq, tənqid elədik. Adam vecinə almadı. DYP çağırıb cərimə yazdı. Yenə xeyri olmadı. Nəhayət, nəticə özünü göstərdi".
Bunu sosial şəbəkə hesabında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
O bildirib ki, tanınmış simaların əksəriyyəti yol-hərəkəti qaydalarını pozur:
"Günahkar Nicat özüdür. Videoya baxdım. Yüksək sürət və sərt manevr bu qəzada əsas səbəbdir.
Tanınmış adamlar da qəzaya düşür, ölür, yaralanır, qolunu, sağlamlığını itirir. Tanınmışların çoxu qayda pozur, “polislər sağolsun, saxlayanda hörmət edirlər” deyirlər. Bir də onda ayılırsan ki, qolunu kəsdilər…"