​Bakıda TÜKÜRPƏDİCİ HADİSƏ: 15 yaşlı qız ABORT EDİLDİ - ZORLANIBMIŞ

​Bakıda TÜKÜRPƏDİCİ HADİSƏ:
17:11 15.08.2023
151 Hadisə
A- A+

 

Bakı şəhərində 15 yaşlı qız abort edilib.

 

Sulh.info.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

 

Belə ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Pirallahı Tibb Mərkəzinin Ginekologiya Şöbəsinin müdiri Aidə Mirzəməmmədova proseduru həyata keçirib.

 

15 yaşlı qızın bir müddət əvvəl zorlandığı və hamilə qaldığı bildirilir.

 

TƏBİB-dən bildirilib ki, vətəndaş qanaxma ilə ağır vəziyyətdə xəstəxanaya müraciət edib:

 

"Vəziyyəti ağır olduğu üçün şöbə müdiri əməliyyatı icra edib. Həkim təlimata uyğun vəzifə borcunu yerinə yetirib. Azyaşlı olduğu üçün hüquq-mühafizə orqanlarına məlumat verilib, müvafiq izahatlar alınıb. Xəstə kafi vəziyyətdə evə yazılıb".

 

Məsələ barədə Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.