Nicat illər öncə belə bir video çəkmişdi. Kim bilə bilərdi ki, illər sonra başına belə hadisə gələcək.
Qeyd edək ki, bu gün saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində 1993-cü il təvəllüdlü Nicat Nafis oğlu Şakirli idarə etdiyi “Porsche” markalı 10-GR-005 dövlət qeydiyyat nişanlı avtomobili qarşıdan gedən Ramiz Vəli oğlu Aivazovun idarə etdiyi “Scania” markalı yük avtomobilinə vurub.
Qəza nəticəsində Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib, sürücü isə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub, qəza nəticəsində zərərçəkmiş şəxslər, eləcə də yolda hərəkətin bərpası ilə bağlı zəruri tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.