Rusiya rublu xarici valyutalar qarşısında dəyər itirməyə davam edir.
Bu gün Moskva birjasındakı məzənnədə 1 dollar təxminən 97 rubl, 1 avro isə 105 rubl təşkil edir. Bununla yanaşı, rubl Azərbaycan manatı qarşısında da ucuzlaşıb. Azərbaycan Mərkəzi Bankının son məlumatına görə, 1 Rusiya rublu 0.0176 manata qədər enib. Ekspertlər rublun ucuşlamağa davam etməsinin səbəbini Rusiya-Ukrayna müharibəsindən dolayı Rusiyaya tətbiq olunan sansksiyalarda görürlər. Onların fikrincə, hazırkı sanksiyalar Rusiya iqtisadiyyatının çökməsini qaçılmaz edir. “Rusiya neft qazının məhz rublla ödənişinin olunacağı təqdirdə satılmasıilə bağlı Rusiya tərəfindən tələbin qoyulması bir müddət özünü doğrultsa da amma qərarın özünün adekvat olmaması günü bugün rublun ucuzlaşmasını qaçılmaz etmişdi. Nəticə etibarilə bu təbii ki Azərbaycana və digər ölkələrə də öz təsirini göstərəcəkdir.”
Ekspert rublun ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına ciddi təsir edəcəyinin gözlənilmədiyini bildirib. “Azərbaycanın ticarət tərəfdaşı olaraq Rusiya ilk 3-lükdə qərarlaşsa da amma ixracda 3%-dən bir qədər artıq, idxalda 8% ətrafında bir göstəricidir ki, ümumilikdə bu göstərici böyük bir çəki demək deyil.” Rublun ucuzlaşması Rusiyada yaşayan, işləyən həmvətənlərimizin gəlirlərinə mənfi təsir göstərsə də, bu hal şimal qonşumuzdan Azərbaycana göndərilən vəsaitin həcminə mənfi təsir etmir, əksinə, son illərdəki hadislərə rəğmən bu vəsait artıb. Belə ki, 2022-ci ilin 1-ci rübü ərzində Rusiyadan Azərbaycana 100 milyon dollar həcmində köçürmələr olub. “2023-cü ilin birinci rübündə isə bu vəsait hardasa 213 milyon dollar artmışdır.
Yəni, Rusiyadan Azərbaycana pul köçürmələrinin səviyyəsi 3 dəfədən də çox artmışdır.” Beləliklə, Rusiya-Ukrayna müharibəsi rublun ucuzlaşmasına təsir edərək orda yaşayan rusların və qeyri-millətlərin öz kapitallarını ölkədən çıxarmalarına səbəb olur. Bəs rublun belə sürətlə ucuzlaşmağa davam etməsi Rusiyada çalışan azərbaycanlıların vətənə dönməsinə səbəb ola bilərmi? “Rusiyanın istənilən dönəmində hətta müharibə yeni başlayan zaman səfərbərliyin olunduöu dönəmdə iqtisadi fəaliyyətin daha sürətli şəkildə yığıldığı bir dönəmdə biz gördük ki Azərbaycana üz tutan insanların sayı o qdərə də çox olmadı.” Ekspertin sözlərinə görə, təcrübə də onu göstərir ki, Rusiyada işləyən həm fiziki, həm də hüquqi şəxslər artıq bu ölkədə qərarlaşıblar, onların Azərbaycana gəlməsi gözlənilən deyil.