Sumqayıtda kütləvi zəhərlənmə olub.
Hadisə şəhər ərazisində fəaliyyət göstərən qapı-pəncərə sexində qeydə alınıb.
Oradan 12 nəfər zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.
İlkin məlumata görə, onlar bit-birə dərmanından zəhərləniblər.
Araşdırma aparılır.