AFFA-nın İcraiyyə Komitəsi 2 yeni iştirakçının II Liqada mübarizə aparmasına dair yeni qərar verib.
Az öncə açıqlanan qərara əsasən, «Dinamo» və Qusar «Şahdağ»ı ilk dəfə keçiriləcək çempionatın sıralarına qəbul olunub, beləcə, yarışmaçıların sayı 12-yə çatdırılıb.
«Dinamo» Daxili İşlər Nazirliyi (DİN) tərəfindən yaradılıb. DİN-in təmsilçisi olduğu klubun prezidentinin kimliyi də artıq məlumdur. Rəhbər vəzifəyə Yaşar Seyidov gətirilib. Bu da təsadüfi deyil.
Y.Seyidov ilk dəfə hələ 1997-ci ildə əsası qoyulmuş «Dinamo»nun yaradıcılarından biri olub. Onda da prezident postunu tutub.
Təcrübəli funksioner daha sonra «Dinamo»nun adı «Bak»ya dəyişdiriləndə vitse-prezident kimi fəaliyyətini davam etdirib.
Tanınmış futbol adamı 2015-ci ildə İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasını formalaşdırıb və o tarixdən bəri burada çalışıb. (sportinfo)