Paytaxtın əsas küçələrindən birində aparılan təmir işləri, günün istənilən saatında tıxaca səbəb olur.
Sulh.info.az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Zərifə Əliyeva küçəsindən gedir.
Sürücülər deyir ki, yolda bir neçə gündür təmir işləri start götürüb. Bu səbəbdən də küçənin başlağıcından, Bülbül prospekti ilə kəsişməsinə qədər sıxlıq müşahidə olunur.
Məsələ ilə bağlı Bakı Şəhəri İcra hakimiyyətindən bildirildi ki, təmir işləri qurumun sifarişi ilə həyata keçirilir, asfalt örtüyü yenilənir.
İşlərin avqustun 20-də yekunlaşdırılması nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.