“Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan baş nazir Nikol Paşinyanın ofisi “Artsax Carpet” MMC-dən 350 min dram dəyərində “Artsax Vişapaqorq” adlı xalça alıb.
Bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
“Alınma məsrəfləri “bəzək” olaraq təsnif edilir. Yəni Paşinyan ya bu xalçanı kiməsə verməli, ya da hazırda təmir olunan hökumət binasında döşənməlidir. Hər iki halda görünən odur ki, Paşinyan artıq Qarabağı təslim etmək niyyətindədir və hakimiyyəti dövründə itirilmiş torpaqların xatirəsi kimi hökumət binasında Qarabağ xalçaları döşəyəcək”, - deyə qəzet yazır.