“Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimovun törətdiyi qəza nəticəsində dünyasını dəyişən Ruslan Məmmədovun toy görüntüləri yayılıb.
Kadrlarda Ruslanın həyat yoldaşı ilə evlərinə daxil olduğu və onlara qurban kəsildiyi görüntülər əks olunub.
Video tiktok sosial platromasında yayılıb.
Xatırladaq ki, dəhşətli qəzada həyatını itirən 27 yaşlı Ruslan Məmmədov ötən gün Gəncə şəhərindəki 4 saylı “Yeni Səbiskar” adlanan qəbiristanlıqda nənə və və babasının yanında dəfn olunub.
O bloger Nicat Mütəllimovun yaxın dostlarından olub.(BAKU.WS)