​Sərgən Yalçın sükutu pozdu: "Neftçi" ilə danışıqlar niyə alınmayıb?

​Sərgən Yalçın sükutu pozdu:
16:33 17.08.2023
245 İdman
A- A+

 

“Neftçi” rəhbərliyi ilə görüşdük, əslində hər şey gözəl keçdi”.

 

Bu sözləri tanınmış türkiyəli mütəxəssis Sərgən Yalçın Türkiyə mətbuatına açıqlamasında deyib. Bakı klubu ilə apardığı danışıqlardan ilk dəfə söz açan mütəxəssis razılığa gələ bilməmələrinin maliyyə ilə bağlı olduğunu söyləyib:

 

“Maddi problemlər oldu. Şəxsi müqaviləmdən bəhs etmirəm. Klubun büdcəsi istədiyim qədər deyildi. Azərbaycana oyunçu gətirmək çətindir. Onlar buna elə də hazır deyildilər”.

 

Qeyd edək ki, “Neftçi” Sergen Yalçını Bakıya dəvət etsə də, yekunda onunla anlaşa bilməyib. Nəticədə komandanın sükanı arxasına Adrian Mutu gətirilib./publika.az