İşıqforun qırmızı işğından keçən sürücüyə elektron protokol tərtib edilib.
Sulh.info.az Xəzər TV-yə istinadən bildirir ki, sürücü Elçin Şahverdiyev deyir ki, ona cərimə paytaxtın Nəsimi rayonu Xəqani və Rixord Zorge küçələrinin kəsişməsində tərtib edilib. O, iddia edir ki, ağacın gövdələri işıqforun qarşısını kəsdiyi üçün qırmızı işığın yanmasını görməyib və yoluna davam edib.
"Sürücüyə həmin qayda pozuntusuna görə, 60 manat və 3 cərimə balı tərtib edilib."
Elçin Şahverdiyev elektron ünvanına bu barədə məlumat gəldikdən sonra öyrənib ki, həmin ünvanda işıqfor var imiş. Bundan sonra yenidən həmin əraziyə gəlib və şahidi olub ki, işıqfor ağacın budaqları arxasında qaldığından görünmür.
Sürücü deyir ki, əgər həmin vaxt kəsişən küçədən başqa bir avtomobil gələrdisə ağır qəza qaçılmaz olacaq idi. Məsələ ilə bağlı işıqforlara nəzarət edən Nəqliyyatı İntelekktual idaretəmə mərkəzinə müraciət etdik. Qurumun əməkdaşı Ömər Xıdırov deyir ki, həmin problemdən məlumatlıdırlar.
Sürücü ona tərtib edilən protakolun ləğv edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə də müraciət edib. Bildiriblər ki, bu fakt araşdırılacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: