Bakıda yeni parklanma qaydaları tətbiq edilsə də qanunsuz pul yığanlar yenə iş başındadır.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Daha bir küçədə özünü "parkovşik" kimi təqdim edən şəxs qanunsuz pul yığımı ilə məşğuldur.

Söhbət Məhəmməd Naxçıvani küçəsindəki parklanma yerindən gedir. Belə ki, ərazidə plakatlar quraşdırılsa da sarı jilet geyinən şəxs sürücülərdən pul yığır.