Müğənni Alsunun şəxsi həyatı ilə bağlı yeni iddia irəli sürülüb.
Referans.az olay-a istinadən bildriir ki, ifaçının həyat yoldaşı, 45 yaşlı iş adamı Yan Abramov teleaparıcı Viktoriya Lopıreva ilə eşq yaşayır.
40 yaşlı Viktoriya Lopıreva hazırda iş adamı İqor Bulatovla ailəlidir, lakin artıq bir neçə ildir ki, mediada ayrılıq haqqında şayiələr gəzir. Bu il şəbəkədə Bulatovun yeni eşq macərası haqda da yazılar dərc edilib.
Həmçinin son illər media Alsunun ailəsində problemlər yaşanması barədə tez-tez xəbərlər dərc edilir. Sənətçinin həyat yoldaşının ona xəyanət etdiyi, buna görə də, onların boşanma ərəfəsində olduğu bildirilir.