Avqutsun 26-da saat 01:00-dan 07:00-a qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-ci km-lik hissəsində hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Buna səbəb həmin hissədə yerüstü piyada keçidinin tikintisidir.
Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edib.