Yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən Referans.Az-a bildirilib.
Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.
***
Cənub bölgəsində zəlzələ zamanı bəzi insanlar narahatlıq keçirib.
Lənkəran Təcili Tibbi Yardım Xidmətindən verilən məlumatına görə, təcili yardım briqadaları qorxu keçirənlərə yerində yardım edib./Apa/