Ümumdünya Səhiyyə Təşkilatı son 28 gündə dünyada COVID-19 hadisələrinin 63 % artdığını bildirib.
Sulh.info.az APA-ya istinadən bildirir ki, bu barədə ÜST-nin həftəlik epidemioloji hesabatında deyilir.
Qeyd edilib ki, iyulun 17-dən avqustun 13-dək 1,4 milyon yoluxma halı qeydə alınıb.
Əlavə edək ki, yaranmış vəziyyətlə əlaqədar artıq Bayden administrasiyası amerikalıları COVID-ə qarşı peyvənd olmağa çağırıb.
"Kaliforniya, Nyu-York və Corciya məcburi maska rejimi tətbiq etməyə başlayır", - deyə ABŞ mediasının yaydığı məlumatda deyilir.