Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarəsi qəzaya uğrayıb.
Təyyarədə ölənlərdən biri azərbaycanlı olduğu ehtimal edilən tatar əsilli Rüstəm Kərimovdur. 29 yaşlı Rüstəm Embraer-135 özəl jetinin ikinci pilotu olub.
Əslən Perm vilayətindəndir.
Qeyd edək ki, dünənki qəzada Priqojinlə birlikdə daha 9 nəfər ölüb. Ölənlərdən biri ermənidir.