Türkiyənin İstanbul şəhərində oteldə silahlı öldürülən İbrahim Karahan adlı həkimin qətli ilə bağlı detallar üzə çıxıb.
Sulh.info.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Avcılar rayonunda baş verib.
Belə ki, Karahan Dılnoza Bayramova adlı özbək qadınla oteldə 1500 lirə qarşılığında birlikdə olmaq üçün razılaşıb, lakin 1400 lirə ödədiyi üçün mübahisə yaranıb.
Bayramova ifadəsində Karahanla oteldə birlikdə münasibətdə olmaq üçün 1500 lirəyə razılaşdıqlarını, lakin Karahanın 1400 lirə ödədiyi üçün aralarında mübahisə yarandığını və bu barədə dostu Ali Asker Kıtaya mesaj ataraq vəziyyəti bildirdiyini deyib.
Daha sonra otelə gələn Kıtay işçilərə "yuxarıda qadını döyürlər" deyərək onlarla birlikdə yuxarı qalxıb.
Kıtay qapını açan Karahana atəş açıb. Daha sonra Kıtay avtomobilə minərək Bayramova ilə birlikdə hadisə yerindən qaçıb.
Karahan aparıldığı xəstəxanada dünyasını dəyişib.
Hər iki şübhəli polis tərəfindən saxlanılıb.
Kıtay açıqlamasında Karahanın ayağına atəş açmaq istədiyini və səhvən qarnından vurduğunu bildirib.