Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İddialara görə, 12 yaşlı yeniyetmənin idarə etdiyi avtomobil beton maneəyə çırpılıb. Qəza zamanı onun bel fəqərə sümüyü sınıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Sulh.info.az Xəzər TV-yə istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı müraciət yayıb.
Bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, azyaşlı və yetkinlik yaşına çatmayan şəxslərin gizli, bir sıra hallarda isə valideynlərin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur.
İdarənin inspektoru Elvin Hacıyevin sözlərinə görə, bəzən valideynlər azyaşlı və yetinkinlik yaşına çatmayan övladlarına avtomobilin sükanını həvalə etdikdə elə zənn edirlər ki, onlar bu məsuliyyətli işin öhdəsindən gələ bilirlər. Amma sonradan azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, bunun da ağır nəticələr verə biləcəyini unudurlar.
Elvin Hacıyev valideynləri çox diqqətli olmağa da çağırıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: