​Müharibə başlasa, Azərbaycan Göyçəni götürəcək - Vardanyan - VİDEO

​Müharibə başlasa, Azərbaycan Göyçəni götürəcək
16:29 25.08.2023
106 Siyasət
A- A+

Ermənistan hakimiyyəti və Xankəndidəki Arayik Arutyunyan Qarabağı Azərbaycana təslim etməyə çalışır.

Bunu erməni politoloq Ara Vardanyan “pastinfo”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti və Arutyunyan Qarabağı təhvil verilməsi ilə bağlı müxtəlif siyasi fiqurlarla müzakirələrə başlayıb: “Xankəndidə Qarabağın Azərbaycana təhvil verilməsinə razı olan fiqurlar var və onlardan biri də Samvel Babayandır. Onlar artıq bu məsələdə razılığa gəliblər”.

Vardanyan onu da bildirib ki, bölgədə yeni hərbi əməliyyatların başlaması təhlükəsi var və bu istisna deyil.

“İran və Rusiya bu müharibənin olmasını istəmir və buna qarşıdır. Əgər müharibə olarsa, o zaman Azərbaycan Göyçə gölünü götürəcək.

Azərbaycan prezidenti də dəfələrlə deyib ki, Göyçə (Sevan gölü) onlarındır. Üstəlik, Paşinyan və komandası son vaxtlar su qıtlığından danışmağa başlayıb. İstisna etmirəm ki, gözlənilən hərbi əməliyyatlar Göyçə gölünü ələ keçirilməsi istiqamətində olacaq”, - Vardanyan bildirib./olke.az