"Qalatasaray" “Molde” ilə oynayacağı cavab matçında Serxio Ramosu təqdim etməyə hazırlaşır.
“Qalatasaray” futbolçu ilə razılığa gəlib. “Fanatik” qəzetinin xəbərinə görə, "Qalatasaray" rəhbərliyi klubun “Molde”ni mübarizədən kənarlaşdıracağını hesab edir. Buna görə də, oyun bitəndən sonra Ramos Hakim Ziyeç kimi stadionda təqdim ediləcək.
Qeyd edək ki, bundan əvvəl Çempionlar Liqasında qruplara vəsiqə qazanacağı təqdirdə Serxio Ramosun "Qalatasaray"a transfer olmaq üçün bəzi güzəştlər edəcəyi barədə xəbərlər dərc edilmişdi. “Qalatasaray”ın Serxio Ramosa 5 milyon avro+imza pulu və imic haqqı təklif etdiyi bildirilib.
Məlumata görə, təcrübəli müdafiəçinin ilk tələbində imza haqqı da daxil olmaqla 15 milyon avro istədiyi iddia edilsə də, sonradan Çempionlar Liqası məsələsi səbəbindən o, bu məbləği 8 milyon avroya endirib.
Bildirilir ki, "Qalatasaray" Çempionlar Liqasının qrupuna vəsiqə qazansa, Ramos illik məvacibində daha da endirim edə bilər.
“Qalatasaray" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Molde”ni səfərdə 2-0 hesabı ilə məğlub edib.