432Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya faciəsi ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir ki, 31 il əvvəl bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində qətliam törədilib.
“Nəticədə 6-sı azyaşlı olmaqla 24 azərbaycanlı mülki şəxs, o cümlədən 6 aylıq körpə və 93 yaşlı qadın vəhşicəsinə qətlə yetirilib”, - məlumatda deyilir.