Ümumdnya Səhiyyə Təşkilatının son hesabatına əsasən, dünyada koronavirusun “Eris” variantı sürətlə yayılmağa başlayıb.
Bəzi mütəxəssislər bu virusun Azərbayacana gəlməsini də istisna etmirlər.
İnfeksionist Mərdan Əliyev arb-yə bildirib ki, bu virusun Azərbaycana gəlmə ehtimalı var: “Bu payız və qışda mümkün ola bilər. Eyni zamanda qeyd etmək lazımdır ki, ölkədə kollektiv immunitet formalaşıb. Əhali arasında virusa bir və ya daha çox yoluxma halları olub.
Bu səbəbdən virus Azərbaycana gəlsə də təhlükəli olmayacaq. Çünki virusa yoluxanlar olsa belə bu, daha yüngül keçəcək”.