Ermənilər gecə saatlarında Xankəndidə separatçıların “hökumət evi”nə silahlı basqın ediblər.
Sulh.info.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediasında kadrlar yayılıb.
Bildirilir ki, hücumun məqsədi separatçıların başçısı Arayik Arutyunyandan humanitar vəziyyətin həllini tələb etmək olub.
Videoda atışma səsləri eşidilir.
Həmçinin, iki hücumçunun saxlanıldığı bildirilir.