​Nazirlər Kabinetindən yeni qərar: 30 gün sonra...

​Nazirlər Kabinetindən yeni qərar:
17:00 28.08.2023
110 Ölkə
A- A+

“Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”nda dəyişiklik edilib.


Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.


Qüvvədə olan Qaydalara əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış mallar xüsusi icazə olmadan gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, onları keçirən şəxsin seçimi əsasında gömrük ərazisindən çıxarılmalı (bu əraziyə qaytarılmalı) və ya müvəqqəti saxlanc anbarında 3 (üç) sutka müddətinə yerləşdirilməlidir. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına çıxarılır və ya qaytarılır.


Dəyişikliyə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış mallar xüsusi icazə olmadan gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, onları keçirən şəxsin seçimi əsasında gömrük ərazisindən çıxarılmalı (bu əraziyə qaytarılmalı) və ya müvəqqəti saxlanc anbarında 1 (bir) aydan çox olmayan müddətə yerləşdirilməlidir.


Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.