​Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI - Avqustun 28-i...

​Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
10:18 29.08.2023
145 Hərbi
A- A+

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.