​Bakı ilk dəfə belə qorxuya düşdü: hərbi silah şayiəsi yayıldı

​Bakı ilk dəfə belə qorxuya düşdü:
10:45 29.08.2023
108 Toplum
A- A+

Artıq 2 gündür, ölkəmizdə çaxan şimşəklər əhali arasında narahatlığa səbəb olub.
Xüsusilə də ötən gecə müşahidə olunan güclü göy gurultusundan sonra insanlar qorxuya düşüb. Paytaxt sakinlərinin bəziləri uzun illərdir belə güclü ildırım çaxdığını görmədiklərini bildiriblər.

Digər tərəfdən bunun təbii hadisə yox, kənar amillərin təsirindən qaynaqlandığını iddia edənlər də olub.

Referans.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan Ekoloq Telman Zeynalov güclü ildırılmların səbəbini belə izah edib:

“Təbiətdə gedən dünənki proses həddən artıq dəhşətli idi. Bu, təbii prosesdir. 40 il ərzində Azərbaycanda belə hadisələr müşahidə olunmurdu, quraqlıq idi. İndi yağıntıların miqdarı artmağa başlayıb. Yağıntılar artırsa, buludlar çoxalırsa, deməli, ildırımların sayı da artacaq”. 

Ekoloq səsləndirilən iddiaları isə “əsassız” adlandırıb:

“Heç kəs şayiə yaymasın ki, bu, təbii proses deyil. Deyirlər ki, guya hərbi silahlardan istifadə olunur, çirkin oyunlar gedir. Bəsdirin! Bu cür iddiaların heç bir əsası yoxdur və şayiədir”. /olke.az