​Fulya Öztürkdən “Xəzər TV”də çalışacağı ilə bağlı AÇIQLAMA

​Fulya Öztürkdən “Xəzər TV”də çalışacağı ilə bağlı
12:37 29.08.2023
112 Toplum
A- A+
Türkiyəli tanınmış jurnalist Fulya Öztürkün “Xəzər TV”də çalışacağı ilə bağlı məlumatlar yayılıb.

Sulh.info.az  Bizim.media-ya istinadən xəbər verir ki, Fulya Öztürk məlumatı təsdiqləyib.

O, bu günlərdə telekanalın rəhbəri Murad Dadaşovla görüşdüyünü və önəmli layihə üzərində çalışdıqlarını dilə gətirib:

“Xəzər TV”də çalışmaq üçün təklif aldım və bunu müsbət dəyərləndirirəm. Çox fərqli və ortaq bir şey düşünürük. Xeyirlisi deyək. Qərarımız qətiləşərsə, sentyabrın 4-də Azərbaycana gəlib qayıdacağam”.

Fulya Öztürk təməlli Azərbaycana köçməsi məsələsinə isə belə münasibət bildirib:

“Xəzər TV” ilə əməkdaşlıq çərçivəsində çalışacağıq. Təməlli köç olmaz”, – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, Fulya Öztürk bir həftə əvvəl də sözügedən məsələ ilə bağlı Bakıda olub.