Rusiyalı tanınmış müğənni Slava əri ilə iki dəfə boşanmasının səbəbilərindən danışıb.
Müğənni birinci boşanmaları zamanı gənc bir oğlana aşiq olduğu üçün ondan soyuduğunu deyib.
“Mən özümə gənc bir oğlan tapdım. O da klubdakı qızlarla əylənirdi. O da özünə cavan bir sarsaq qız tapdı. Bu 12 il öncə oldu. Biz ayrıldıq. Sonra yenə barışqıd. 6 ay öncə onun ağlını başından yenə qızlar aldı. Mənim xəyanətə vaxtım yox idi, o isə bekar idi deyə qızlarla əylənirdi. Biz ikimiz də axmağıq, düzələn deyilik. Yenidən barışdıq, məzaracan birlikdı olacağıq”,- deyə Slava bildirib.
Qeyd edək ki, o, 20 ildir biznesmen Anton Danilitski ilə birlikdədir.