Gənc alimlər Elnur Nəciyev və Emil Cəbrayılov tapılıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) daxili nəzarət şöbəsinin rəisi Cəlair Səmədov redaksiyamıza məlumat verib: “Artıq yerləri müəyyən olunub. Alimlər İsmayıllı rayon ərazisindədirlər. Qanlı daşlı deyilən ərazidədirlər hal-hazırda. Ailələrinə də xəbər verilib. Artıq onlar da yollanıblar İsmayıllı rayonuna”.
ETSN-nin bioloji müxtəlifliyin qorunması xidmətinin rəisi Füruddin Əliyev isə saytımıza məlumat verdi ki, “Hazırda onların olduğu yer çox dumanlıdır. Qruplardan biri onların verdiyi son koordinata gedib çıxa biliblər. Şükür Allaha, sağ-salamatdırlar. İnşəallah günortaya qədər Elnur Nəciyev və Emil Cəbrayılovu əməkdaşlarımız dağdan düşürə biləcəklər”.
Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva isə KONKRET.az-a açıqlamasında qeyd edib ki, “Artıq atası, əmisi və dayısı İsmayıllıya yola düşüblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, “Şahdağ” Milli Parkının əməkdaşlarına təşəkkürümü bildirmək istəyirəm. Mən də günorta həmin yerə gedəcəm və oradan sizə tam məlumat verəcəm”./Konkret.az