Baku TV Bakı toyları haqqında reportaj hazırlayıb.
Reportajda çadır və restoran toyları müqayisə olunub, əvvəlki toy adətlərindən bəhs edilib.
Klarnet ifaçısı Şəmsi Məmmədov söyləyib ki, şadlıq saraylarındakı toylarda hər şey ssenari üzrə təşkil olunduğu üçün məclis tez bitir.
İfaçı həmçinin kənd toylarında musiqiçilərlə qonaqların arasında vasitəçi olan sərpayının vacib rolundan danışıb:
“Həmin adam kəndin, obanın ən hörmətli adamı olardı. Sənətkarlara heç kim deməzdi ki, filan muğamı mənim üçün oxu, yaxud ifa et”.
Reportajda gənc qızların toy məclislərində kişi kimi oynamasına da münasibət bildirilib:
“O vaxtı oğlanlara evlənmək üçün qızları toylarda tapırdılar. İndikilər isə toyda oğlan kimi oynayırlar”.
Daha ətraflı süjetdə: