​Atasının ölümündə həkimləri ittiham etdi: "Məni atasız qoydunuz" - FOTO

​Atasının ölümündə həkimləri ittiham etdi:
10:09 30.08.2023
105 Toplum
A- A+

Xəbər verdiyimiz kimi,  "Yeni ulduz 6" mahnı müsabiqəsinin qalibi, tanınmış müğənni Vüqar Muradova atası dünyasını dəyişib. 

Sulh.info.az news24.az-a istinadən xəbər verir ki, ifaçı bununla bağlı sosial şəbəkədə paylaşım edərək atasının ölümündə Qax şəhər xəstəxanasının həkimlərini günahlandırıb.

Sözügedən paylaşımı təqdim edirik:

"Atam özü maşına oturub gedib Qax şəhər xəstəxanasına. Xəstəxanada dünyasını dəyişib.Atama vurmağa iynələri olmayıb. Atam cibindən pul verib öz həyat yoldaşına ki, gedib iynə alsın həmin o iynəni vursunlar və atamın qanı durulsun.

Yarım saat içində o iynə atama vurulsaydı bu dəqiqə atam sağ idi. Atamı Qax şəhər xəstəxanası öldürdü, ölümünü izlədilər. Yəqin ki, dövlət o iynəni verir xəstəxanalara. Yaxşı verilirsə, onda niyə atama həmin o an o iynə vurulmadı? Yoxsa həmin o dövlət verən iynələri öz apteklərində satıb yeyirlər? 

Mənim atam sağ salamat güclü kişi idi, məsuliyyətsizlik öldürdü atamı.Kimlər bu işdə məsuliyyət daşıyırsa, hamının cəzası veriləcək. Məni atasız qoydunuz siz, şərəfsiz yığını. İtirəcək ən böyük dəyər atam idi. Başqa itirəcəyim heçnə yoxdur. Sonuna qədər gedəcəm".