Aparıcı Çinarə Əliyeva qonaq olduğu teleproqramlardan birində toyuna gəlməyən müğənnilərin adını sadalayıb. Bir çoxlarının adını çəkən aparıcı xanım müğənni Nura Suri barədə xüsusilə sərt danışıb. Bildirib ki, Nura 3 masa dəyişib, heç yeri bəyənməyib, axırda da çıxıb gedib: “Onun xarakteri belədir, həmişə nədənsə narazıdır”
Nura Surinin bu iddialara cavabı ləngiməyib. O öz sosial şəbəkə hesabında, Çinarənin toyunda oturmağa yer tapmadığına görə, həyətdə oturmaq məcburiyyətində qalıb:
"Çinarə, toyunda oturmağa yer yox idi. Həyətdə ayrı masa götürüb oturmuşduq. Gərək küsüb gedərdim. Bunu deməyin mənası nə idi ki? Qonaqların çoxu yer tapmadığı üçün toydan çıxıb getdilər. Sənə sual verilib ki, "kim toya gəlmədi?" Mənim adımı niyə deyirsən ki? Gərək mən də saymayıb, toyuna gəlməzdim".