Xətai rayonunda yerləşən "Medica Hospital"da xəstə əməliyyat zamanı ölüb.
Bu barədə Baş Prokuroluğun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayevanın Xətai rayonunda yerləşən "Medica Hospital" xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.