Xəbər verildiyi kimi, “Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə istintaqı başa çatıb.
Prokuror haqsız olaraq Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant Ziya Kazımovun 12 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, Z.Kazımov böhtan atılaraq günahsız istintaqa cəlb olunub, həbs edilmişdi. Bu günə kimi aparılan istintaq zamanı verilən ifadələr, ortaya qoyulan faktlar isə sübut edir ki, Z.Kazımovun “Tərtər işi” adlanan prosesdə heç bir iştirakı olmayıb və ona irəli sürülən ittihamlar tamamilə əsassızdır.
Məhkəmə istintaqı zamanı ümumilikdə 90 nəfərdən çox şahid ifadə verərək Z.Kazımovun təqsirsiz olduğunu bildiriblər. Bütün ifadə verənlər Ziya Kazımovun işgəncə və yaxud digər qanunsuz proseslərdə iştirak etmədiyini qeyd ediblər. 8 nəfər ifadəsində bildirib ki, işgəncə nəticəsində həlak olan Adil Sabirlinin ölümü ilə bağlı Ziya Kazımovun hər hansı təqsiri yoxdur. Ümumiyyətlə, o, bu prosesdə iştirakçı olmayıb. Yəni, bütün sübutlar və ifadələr onu göstərdi ki, Ziya Kazımov bu işdə təqsirsizdir. Lakin prokuror “Tərtər işi” ilə bağlı ortada olan kifayət qədər digər faktlar, sübutlar və ifadələr olmasına baxmayaraq, prosesdən hər hansı bir cinayət əməli olmayan Z.Kazımov əsassız olaraq ittiham edir. (Unikal)