​Meyxana ustadının son vəziyyəti AÇIQLANDI - "Allah kömək olsun deməkdən başqa..."

​Meyxana ustadının son vəziyyəti AÇIQLANDI
15:16 31.08.2023
345 Toplum
A- A+

Ustad meyxanaçı Kərimin vəziyyəti pisləşib.

Bu barədə məlumatı onun yaxın dostu, müntəzəm olaraq Kərimə baş çəkən meyxanaçı Ağamirzə verib.

 

Referans.az xəbər verir ki, o, Lent.az-a bildirib ki, son dəfə Kərimlə 10 gün öncə görüşüb.

"Bu günlərdə getməmişəm, yalan deyərəm, amma 10 gün olar ki, baş çəkmişdim ona. Vəziyyəti pisləşsə, xəbərim olardı. Elə bir şey yoxdur. Amma ümumi olaraq vəziyyəti yaxşıya doğru yox, pisə doğru dəyişir. Həkim nəzarəti altında dərmanları verilir, həkim özü də ümumi nəzarət edir. Ailəsi qayğısına qalır. Allah kömək olsun deməkdən başqa çarəmiz qalmayıb. Bu dərdin tibb elmində əlacı yoxdur", - deyə meyxana ustası əlavə etdi.

 

Qeyd edək ki, 59 yaşlı meyxanaçı Kərim uzun müddətdir keçirdiyi insult səbəbi ilə yataq xəstəsidir. O, sərbəst şəkildə heç bir hərəkəti yerinə yetirə, danışa və ətrafındakıları tanıya bilmir.