​Bu şəhər sakinlərinə ŞAD XƏBƏR: problem KÖKÜNDƏN HƏLL OLUNDU

​Bu şəhər sakinlərinə ŞAD XƏBƏR:
14:32 03.09.2023
118 Toplum
A- A+

Gəncədə xeyli müddətdir vətəndaşları narahat edən problemlərdən birinin köklü həllinə başlanılıb.

Sulh.info.az xəbər verir ki, Bizim.Media-nın da mütəmadi olaraq işıqlandırdığı və əsasən Azərbaycanın ikinci böyük şəhərinin simasına mənfi təsir göstərən, sürücülərin və piyadaların da gündəlik əziyyət çəkdiyi yollarda bərbad vəziyyətdə olan asfalt örtüyünün yenilənməsinə start verilib.

Ümumilikdə 100-dən çox küçə və prospektin asfaltlanması nəzərdə tutulub.

Hazırda şəhərin mərkəzi prospektlərindən olan Nizami prospektində, Ş.Bədəlbəyli, F.Bayramov və onlara paralel küçələrdə növbəti asfaltlanma tədbirləri həyata keçirilir.

Görülən tədbirlər çərçivəsində avtomobil yolları ilə yanaşı səkilər də asfaltlanır. Bu günədək Bayraq Meydanının ətrafı, Həsən Əliyev, İsmət Qayıbov, Zərdabi və Nəsib bəy Yusifbəyli küçələrində, Heydər Əliyev prospektinin bir hissəsində asfaltlama işləri yekunlaşıb.

Yol infrastrukturunun yenilənməsi işləri başa çatan ərazilərdə sakinlərin rahatlığının təmin edilməsi məqsədi ilə abadlıq-quruculuq işləri də görüləcək.