Son bir ildə Azərbaycanda abort etdirən qadınların sayı kəskin artıb.
Sulh.info.az “Ekonominfo”ya istinadla xəbər verir ki, abort etdirən qadınların sayı 2021-ci illə müqayisədə ötən il 23,7% və ya 11 min 122 nəfər artaraq 57 min 999-a yüksəlib. Bu, indiyə kimi Azərbaycanda qeydə alınan ən yüksək göstərici olub.
Məlumat üçün bildirək ki, abort etdirənlərin 3,6% və ya 2 080 nəfəri 15-19 yaşlılar olub.
Məktəbyaşlı qızlar arasında (15-17 yaş) abort etdirənlərin sayı isə son bir ildə təxminən 3 dəfə artıb. Belə ki, əvvəlki ildə 16 məktəbyaşlı qız abort etdirmişdisə, ötən il bu göstərici 57-yə yüksəlib.
Onu da bildirək ki, məktəbyaşlı qızlar arasında abortların sayı ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort.
Son 15 ildə qeydə alınan abortların sayı belədir: