Qəbələ rayonunda salınmış məcburi köçkün qəsəbəsinin istilik sistemlərinə qoşulması üçün 900 min manata yaxın vəsait ayrılıb.
Sözügedən qəsəbədə mənzillərin isti su və isitmə sistemlərinin quraşdırılacaq kombiyə qoşulması işlərini “Tunel-Metro İnşaat” MMC həyata keçirəcək.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti layihə ilə bağlı şirkətə 877,948 min manat ödəniş edəcək./olke.az