Son vaxtlar virus mənşəli infeksion xəstəliklərə tutulanların sayında artım müşahidə edilir. Əlamətləri yeni növ koronavirusa (COVID-19) oxşadığına görə təşvişə düşənlər də olur. Mütəxəssislər bunun mövsümi xəstəlik olduğu bildirir və qeyd edirlər ki, yay fəsli ilə əlaqədar kəskin respirator virus xəstəliklərinin yayılması təbiidir.
Sulh.info.az Trend-ə istinadən bildirir ki, həkim-terapevt Həbib Sahratov deyib:
"Adətən sentyabrın axırları, oktyabrın əvvəllərində bu xəstəliyin yayılmasını müşahidə edirdiksə, bu il nisbətən daha tez başlanılıb. Amma demək olar ki, bütün kliniki sistem əlamətləri mövsümi qrip xəstəlikləri ilə üst-üst düşür. Onu da qeyd etmək lazımdır ki, 65 yaşından yuxarı olanlarda və 5-6 yaşından kiçik uşaqlarda daha ciddi ağırlaşmalara səbəb olur".
Tibb müəssisələrinə həmin xəstəliklə bağlı müraciət edənlər arasında COVID-19-a yoluxma ilə əlaqədar şübhəli hal olarsa, dərhal analizə göndərilir.
O, xəstəliyin profilaktikası ilə əlaqədar bunları deyib:
"Xəstəlikdən qorunmaq üçün ilk növbədə qidalanmaya fikir vermək lazımdır. Tərkibində C vitamini üstünlük təşkil edən qida maddələri və meyvə-tərəvəzlərdən çox istifadə etmək də xəstəliyin profilaktikasında əhəmiyyətli rol oynayır".
Virusdan qorunmaq üçün gigiyenik qaydalara məsuliyyətlə yanaşmaq və çoxlu maye qəbul etmək də tövsiyə edilir.