“Ermənistanın “anti-Rusiya alətinə çevrildiyi” fikrinin heç bir məntiqi yoxdur”.
Bu sözlər Ermənistan parlamentinin vitse-spikeri, hakim partiyanın nümayəndəsi Ruben Rubinyan tərəfindən yerli İctimai televiziyanın efirində səslənib.
Rubinyan Ermənistanın Aİ-nin monitorinq missiyasını KTMT missiyasından üstün tutması ilə bağlı iddiaları təkzib edib.
“Aİ müşahidəçilərinin gəlişi ilə bağlı qərar 2022-ci ilin oktyabrında Praqada qəbul edilib, o zaman KTMT müşahidəçiləri ilə bağlı məsələ gündəmdə yox idi. Bundan əvvəl KTMT-nin qısamüddətli missiyası Ermənistana gəlmişdi. Rəsmi İrəvan bu təşkilatın üzvüdür və Ermənistana hücum (Rubinyan Azərbaycanın öz torpaqlarını azad etməsini bu cür təqdim edir - red.) baş verəndə biz haqlı olaraq dəstək gözlədik. Lakin bunların heç biri baş vermədi. Buna görə də bizim Rusiya ilə fikir ayrılıqlarımız yarandı” - deyə vitse-spiker bildirib.