Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The New York Times” nəşrinə açıq məktub ünvanlayıb.
Bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında yazıb.
“Hər kəsin səsinin çatdırılması üçün ədalətli platforma olmaq əvəzinə, mən təəssüflənirəm ki, “The New York Times” alternativ baxışlara maneələr və bürokratik əngəllər qoyur.
Ölkəmə qarşı sovet üslubunda təbliğat aparan bəzi qərb media orqanlarının informasiya monopoliyasına qarşı “X” sosial şəbəkəsi daha güclü alternativ, azad və açıq platforma təqdim edir.
“The New York Times” daxil olmaqla, bu məqalələrin hamısını yoxlayarkən belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət qurumunda və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində tərtib edilib”, - deyə Hacıyev qeyd edib.