“Rusiya sülhməramlılarını ərazimizdən çıxarmaq üçün bir sıra amillərdən yararlanmaq mümkündür”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
“Fikrimcə, üç amildən faydanala bilsək, iki ildən sonra Rusiya hərbi kontingentini Azərbaycan ərazisindən çıxarıb, separatizmə son qoymaqla Qarabağa tam nəzarəti təmin edə bilərik. Birinci amil Rusiya-Ukrayna müharibəsinin davamıdır ki, Kremlin diqqətinin və enerjisinin əsas hissəsi buna yönəlib. İkinci amil Ankara-Moskva tərəfdaşlığı və ortaq layihələridir ki, Kreml Cənubi Qafqaz siyasətində Türkiyə, o cümlədən Türkiyə-Azərbaycan ittifaqını nəzərə almaq məcburiyyətindədir. Üçüncü amil Ermənistan Baş naziri Nikol Paşinyanın və digər erməni rəsmilərin Rusiya əleyhinə artan açıqlamalarıdır ki, bu qarşıdurmadan da öz məqsədlərimiz üçün istifadə edə bilərik”, - ekspert bildirib.