Sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Xatırladaq ki, 2023-cü ilin avqust ayında respublika üzrə yaşa görə aylıq sosial müavinət alanların sayı 141 min nəfərdən çox olub. Onların 25,7%-ni kişilər, 74,3%-ni isə qadınlar təşkil edib.