​Hesab ödəmək üstündə mübahisə qanlı bitdi - Yeniyetmə 27 yaşlı kişini bıçaqladı

​Hesab ödəmək üstündə mübahisə qanlı bitdi
13:39 06.09.2023
122 Hadisə
A- A+

Gecə saatlarında İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə  Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, rayon sakini 27 yaşlı Pünhan Şirinova kəsilmiş-deşilmiş xəsarətlərin yetirilməsi barədə polisə məlumat daxil olub.

P.Şirinova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırma aparılır.

Bildirilib ki, P.Şirinov 16 yaşlı yeniyetmə ilə İsmayıllı şəhərində kafedə oturub yeyib-içiblər. Bu zaman onların arasında mübahisə yaranıb və yeniyetmə qarşı tərəfə bıçaqla xəsarət yetirib. Mübahisənin hesabı ödəmək üstündə yarandığı qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.