​Abşeron rayon Mərkəzi xəstəxanasının bitməyən NÖVBƏ DƏRDİ - VİDEO

​Abşeron rayon Mərkəzi xəstəxanasının bitməyən
14:39 06.09.2023
156 Sosial
A- A+

Abşeron rayon Mərkəzi xəstəxanası yenidən növbə problemi ilə gündəmdədir. 

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

İddialara görə, hazırda xəstəxananın girişində ajiotaj hökm sürür. Buna səbəb növbə prinsipinin işləməməsidir.

Şikayətçi bildirir ki, iki gündür səhər saatlarından etibarən xəstəxanaya gəlib-getsə də qəbula düşə bilməyib:

"Burda onlarla, bəlkə də yüzlərlə adam var. Cəmi bir polis var ki növbəni tənzimləsin. O da az qala başını itirib. 

Qeyd edək ki, sözügedən tibb müəsisəsinin adı dəfələrlə eyni problemlə hallanıb. Mətbuatda işıqlandırılan belə hadisələr isə təəssüf ki öz nəticəsini verməyib.

Həmin görüntüləri təqdim edirik: