Azərbaycanda məşhur ailənin övladı intihar edib.
SÜLH.İNFO.az bakupost.az-a istinadən xəbər verir ki, polkovnik Hamlet Hüseynovun nəvəsi Nigar Məmmədova dünən özünü asaraq intihar edib.
1985-ci il təvəllüdlü N. Məmmədovanın atası Süleyman Məmmədov uzun müddət gömrük orqanlarında çalışıb.
N.Məmmədova ixtisasca stomotoloqdur, özünün klinikası olub, lakin daha çox bloqerlik fəaliyyəti aparıb və şou-biznes əhlinə yaxın adam kimi tanınıb. Onun yazdığı şeirlərə bir neçə müğənni mahnı bəstələyib. Xüsusilə də müğənni Elnur Məmmədovla sıx əməkdaşlığı olub və bir çox mahnılarının müəllifi olub.
İntiharın səbəbləri ilə bağlı hələlik heç bir məlumat yoxdur.