Ekvadorda insan oğurluğu ilə məşğul olan dəstənin əməlləri müşahidə kameraları tərəfindən qeydə alınıb.
Silahlı şəxslər avtomobilin qarşısını kəsərək məktəbə gedən yeniyetməni zorla öz avtomobillərinə oturdaraq hadisə yerindən uzaqlaşıblar.
Yerli mətbuatın yazdığına görə, bir neçə saat sonra cinayəti həyata keçirən şəxslər yanlış adamı qaçırdıqlarını əsas gətirərək 12 yaşlı qızı sərbəst buraxıblar.
Hücum edənlərin şəxsiyyətləri açıqlanmasa da, hadisə ilə bağlı araşdırma başlanıldığı bildirilir.