​Bu şəxsə HÖKM OXUNDU - “Telegram”da qadınların çılpaq görüntülərin YAYIRMIŞ

​Bu şəxsə HÖKM OXUNDU
11:37 08.09.2023
100 Hadisə
A- A+

Şəki Apellyasiya Məhkəməsində pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymada təqsirləndirilən Xəlil Xəlilovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Sulh.info.az pravda.az-a istinadən xəbər verir ki, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.


Sabirabad Rayon Məhkəməsinin hökmü ilə o, 500 manat məbləğində cərimə cəzasına məhkum edilib. Xəlil Xəlilovun barəsində seçilmiş yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılıb. İttihama görə, Xəlil Xəlilov özünə məxsus mobil telefonla yaşadığı Sabirabad şəhərində “Telegram”da kanal yaradıb. O, həmin səhifəyə ictimai şərtlərin normasını pozub, qarşı tərəfi qıcıqlandırıb, şəxsiyyəti mənəvi cəhətdən alçaldıb, seksual davranışın biədəb formada həyata keçirilməsi və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada qadın görüntüləri daxil etməklə reklam məqsədilə pornoqrafik materialları qanunsuz hazırlayıb. Təqsirləndirilən şəxs habelə qeyd olunan xarakterli materialları gəlir etmək məqsədilə “Telegram”dakı kanalında 2022-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayının əvvəllərinədək olan müddət ərzində səhifəyə üzv olmuş 12 800 nəfərdən çox daimi izləyicinin istifadəsinə verərək reklam etməklə yayıb.