"Ermənistan hökuməti" adlanan irqçi fırıldaqçılar və faşist cinayətkarlar dəstəsi 1987-2000-ci illərdə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunacaqlar.
Sulh.info.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov Ermənistanın Belçika və Lüksemburqdakı səfiri Tiqran Balayanın Azərbaycana qarşı təxribat xarakterli paylaşımına cavabında qeyd edilib.
O qeyd edib ki, 2020-ci ilin sentyabrında Azərbaycana qarşı başlatdığı 44 günlük müharibədə hərbi məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalaması Ermənistanın 30 ildir davam edən Azərbaycan torpaqlarının işğalına faktiki son qoydu.
Səfir həmçinin Ermənistanın cinayətkar əməllərinin bəzilərini vurğulayıb.
"- O vaxt əhalinin 10 faizini təşkil edən Qərbi Azərbaycanda (indiki Ermənistan) 300 000-dən çox azərbaycanlının öz tarixi torpaqlarından qovularaq insan hüquqlarının kütləvi şəkildə pozulması və etnik təmizləməyə məruz qalması, deportasiya zamanı yüzlərlə insanın qətlə yetirilməsi;
- 1990-1992-ci illərdə 50 min azərbaycanlıya qarşı etnik təmizləmə aparılıb, onlardan yüzlərləsi erməni silahlıları tərəfindən öldürülüb.
- 1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin (16 000+ kv. km) Ermənistan tərəfindən işğalı (bax: BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələri);
- Azərbaycanın işğal olunmuş 7 rayonundan 700 000-dən çox azərbaycanlının etnik təmizləməsi, 9 şəhər və yüzlərlə kəndin dağıdılması və yer üzündən silinməsi;
- 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində qocalar, qadınlar, uşaqlar da daxil olmaqla 600-dən çox mülki şəxsin qətlə yetirilməsi", - deyə bildirilib.